"Döyüşlərin şiddətlənməsi narahatedicidir" - Hakan Fidan

"Döyüşlərin şiddətlənməsi narahatedicidir" - Hakan Fidan

“Ukraynadakı müharibənin başa çatması üçün səylərimizi davam etdirəcəyik”. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən XIV səfirlər konfransının açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, döyüşlərin şiddətlənməsi narahatedicidir.

XİN başçısı Türkiyənin “Taxıl sazişi”nin bərpası üçün çalışacağını vurğulayıb.

"Bunu bacaran yeganə ölkə Türkiyədir", - H.Fidan əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə