Daha bir ölkədə də “Bayraktar” istehsal olunacaq

Daha bir ölkədə də “Bayraktar” istehsal olunacaq

Səudiyyə Ərəbistanının dövlət müdafiə sənayesi şirkəti “SAMI” ilə Türkiyənin “Baykar” şirkəti arasında saziş imzalanıb. SİA xəbər verir ki, bu barədə məlumatı “SAMI” öz tviter hesabında açıqlayıb.

Saziş sayəsində Səudiyyə Ərəbistanında “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarını və onların tərkibinə daxil olan sistemləri istehsal etmək mümkün olacaq.

Şirkət qeyd edib ki, sözügedən bu saziş daha əvvəl ölkənin Müdafiə Nazirliyi ilə “Baykar” arasında imzalanan iki müqavilənin davamıdır.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com