Rusiyanın 540 hərbçisi zərərsizləşdirilib - YENİLƏNMİŞ SİYAHI

Rusiyanın 540 hərbçisi zərərsizləşdirilib - YENİLƏNMİŞ SİYAHI

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiyanın 540 hərbçisini zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın müharibə başlayandan bəri itkilərinin sayı 250 240-a yaxınlaşıb.

Rusiyanın digər itkiləri aşağıdakı kimidir:

Tank-4244 (+7);

Zirehli döyüş maşını 8270 (+8);

Artilleriya sistemi - 4977 (+12);

Zenit - 709 (+4);

Hava hücumundan müdafiə texnikası - 467 (+1);

Təyyarə-315 (+0);

Helikopter-311 (+0);

Operativ-taktiki PUA-4154 (+28);

Qanadlı raket-1377 (+18).

Bütün xəbərlər Facebook səhifəmizdə