105 nəfər qeyri-qanuni miqrant saxlanılıb

105 nəfər qeyri-qanuni miqrant saxlanılıb

İzmirdə 105 nəfər qeyri-qanuni miqrant saxlanılıb, 35 nəfər qeyri-qanuni miqrant xilas edilib. SİA “TRT Haber”ə istinadla xəbər verir ki, İzmirin Səfərihisar rayonu sahillərində rezin qayıqda 45, Dikili və Çeşmə rayonları sahillərində 60 nəfər qeyri-qanuni miqrant saxlanılıb.

Türkiyə ərazi sularına rezin qayıqlarda yönləndirilən 35 nəfər qeyri-qanuni miqrant Dikili sahillərində xilas edilib.

Əməliyyatların ardından qeyri-qanuni miqrantlar regional miqrasiya idarəsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə