Yeri gəlmişkən...
...Avqustun 5-də İstanbulda Çərkəz dövlətinin müstəqilliyinə həsr olunmuş ilk beynəlxalq konfrans keçirilib.
SİA-nın elə rus saytlarından əldə etdiyi məlumata görə, konfrans təşkilatçıları dünya liderlərini 19-cu əsrdə Rusiya imperiyası tərəfindən Çərkəz xalqının soyqırımını tanımağa çağırıblar.
Suveren milli dövlətin yaradılması çərkəzlərin dilini, mədəniyyətini, milli kimliyini qoruyub saxlamaq üçün lazımdır, deyə Birləşmiş Çərkəz Şurasının iştirakçıları bildiriblər.
Qeyd edək ki, Birləşmiş Çərkəz Şurasına Qaraçay-Çərkəzdə diaspor nümayəndələrinin və sakinlərinin təşkilatları daxildir.
“Biz soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınmasına böyük əhəmiyyət veririk, lakin bu, özlüyündə məqsəd deyil, daha çox əsas məqsədə - azad Çərkəzin yaradılmasına nail olmaq üçün bir vasitədir”.
Bunu bəyan edən təşkilatçılardan biri konfransda Dağıstan, Azərbaycan, Gürcüstan, Çeçenistan, Ukrayna və Qaraçay-Çərkəzdən olan yerli sakinlərdən ibarət “Qafqaz Birliyi” təşkilatının da da iştirak etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB