Qazaxıstanın Malaya Saran kəndində naməlum şəxslər Çeçenistanın hazırkı rəhbəri və respublikanın ilk rusiyayönlü prezidentinin atası Axmat Kadırovun xatirə lövhəsini dağıdıblar.
SİA-nın əldə etdiyi məlumata görə, həmin kənddəki başqa bir abidədə isə hər iki tərəfdə sprey boya ilə çəkilmiş “satqın” yazıları görünür.
Müxalif çeçen Teleqram 1ADAT kanalı xatirə yerlərinə hücumların iki videosunu dərc edib. Gecə çəkilmiş kadrlarda müəlliflər daş abidəni yaxından aydın şəkildə göstərirlər, daha sonra onlardan biri ona qubaldla zərbə endirir.
Qeyd edək ki, onların üzləri görünmür və səsləri də eşidilmir.
Onu da qeyd edək ki, Malaya Saran polis şöbəsinin növbətçi baş verənləri təsdiqləyib.
Onun dediyinə görə, abidələrdən biri dağıdılıb, ikincisində isə ədəbsiz yazılarla “bəzədilib”. Növbətçi polis hər iki hadisənin avqustun 6-na keçən gecə baş verdiyini bildirib.
Xatırladaq ki, Malaya Saran Axmat Kadırovun doğulduğu yerdir. Axmat Kadırovla bağlı mərmər plitəli abidə isə burada 2012-ci ilin avqustunda qoyulub.
Maraqlıdır ki, bu yaşantılarla bağlı Qazaxıstanın rusdilli KİV-lərində heç bir məlumat verilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB