...Almaniyada hakim Sosial Demokrat Partiyasının deputatı Andreas Şvarts ilk dəfə rəsmi Berlini Ukrayna Silahlı Qüvvələrini uzaqmənzilli qanadlı raketlərlə təmin etməyə çağırıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Şvarts, Ukraynanın əks-hücum əməliyyatına kömək etmək üçün Almaniyanın Kiyevi 500 km mənzilli “Taurus” qanadlı raketləri ilə təmin etməli olduğu fikrini ifadə edib.
“...Əks-hücum dayanır, Ukraynanın onu dəstəkləyəcək əhəmiyyətli hərbi hava qüvvələri yoxdur. Yalnız "Taurus" qanadlı raketləri kimi idarə olunan silahlar qalıb ki, onların köməyi ilə Ukrayna ordusu rusların yerləşdirdiyi mina sahələrini keçə və ərazini geri ala bilər”.
deyə məlumatda bildirilir. siyasətçi fikirlərini açıqlayıb.
...Bunu deyən almaniyalı deputat, bu gün Kiyevin xidmətində “Mars” və “Himar”lar var deyə, onlar ruslara qarşı “Taurus”lardan istifadə etməyəcəklərinə əminlik bildirb.
Şvartsa görə, “...Ukraynalılar Rusiya ərazisinə daxil ola bilərlər, lakin indiyədək bundan yayınıblar”.
Yeri gəlmişkən, Ukrayna Silahlı Qüvvələri hazırda Britaniyanın onlara verdiyi uzaqmənzilli “Storm Shadow”, eləcə də fransız SCALP raketlərindən ruslara qarşı istifadə edirlər.
Amma ABŞ Ukraynaya özünün ATACMS kimi tanınan uzaqmənzilli raketlərini verməkdən hələ ki, çəkinir, çünki onlar Kiyevin Rusiya Federasiyası ərazisinə zərbələr endirmək üçün istifadə edə biləcəyindən ehtiyat edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB