Papa Gürcüstandakı qurbanlar üçün dua etməyə çağırıb

Papa Gürcüstandakı qurbanlar üçün dua etməyə çağırıb

Roma Papası dindarları Gürcüst

Roma Papası Fransisk dindarları Gürcüstanda dağıdıcı sürüşmə qurbanları üçün dua etməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “İnterpressNews” yayıb.

Portuqaliyaya səfəri zamanı danışan Papa, həlak olanların ailələrinə və axtarış-xilasetmə qruplarına dəstəyini ifadə edib.

Roma Papası Gürcüstan Patriarxı II İliyanın yanında olduğunu da bildirib.

Son məlumatlara görə, avqustun 3-də Şovidə baş verən sürüşmə nəticəsində 18 nəfər ölüb. Hazırda yeddisi uşaq olmaqla daha 20 nəfər axtarılır.

Qeyd edək ki, bu vaxta qədər 12 vətəndaşın meyitini müəyyən etmək mümkün olub.

Gürcüstanda avqustun 7-si matəm günü elan edilib. Bu günlərdə bütün ölkələrdən Gürcüstana dəstək sözləri olan məktublar gəlir.

Şovidə dördüncü gündədir ki, xilasetmə əməliyyatında 400 xilasedici və 200 əsgər, sərhəd polisi helikopterləri və xüsusi texnika iştirak edir.

Ağasəf Babayev

anda torpaq sürüşməsi qurbanları üçün dua etməyə çağırıb

Bütün xəbərlər Facebook səhifəmizdə