Ukraynadakı müharibə ilə əlaqədar Qərbin sanksiya siyahısına salınan tanınmış rusiyalı iş adamı Əlişir Usmanov “siyasətdən uzaq durmağa” çalışdığını bəyan etməklə yanaşı, “Ukraynadakı hərbi əməliyyatların bütün qurbanlarına yaxın özünü yaxın hiss etdiyini” bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibə verən Usmanov Rusiyanın Ukraynaya təcavüzünü pisləməyib, lakin onu dəstəkləməyib də, sadəcə, hərbi əməliyyatların dayandırılacağına ümid etdiyini bildirib.
Usmanovun sözlərinə görə, sanksiyalar, xüsusən də Avropa İttifaqının ona qarşı tətbiq etdiyi sanksiyalar təkcə biznesinə deyil, həm də reputasiyasına xələl gətirib.
Maraqlıdır ki, Usmanovu Vladimir Putinə yaxın oliqarx olmadığını yazan “Forbes”ə görə ruslar arasında səkkizinci ən varlı olan iş adamına qarşı tətbiq edilən sanksiyalar ədalətsizdir.
“İnsanları ciblərində olan pula və ya pasporta görə etiketləyəndə biz tarixdən bilirik ki, hansı fəlakətlər ola bilər. Kollektiv məsuliyyət varsa, ədalət ölüb”.
Bunu bildirən Usmanovun sözlərinə görə, onun şirkətlərinin ən azı vergilər hesabına müharibən onun şirkətlərinin ən azı vergilər hesabına müharibəni maliyyələşdirməsi ilə bağlı qınaq ədalətsizdir, çünki Qərb şirkətləri Rusiyada da vergi ödəyirlər.
“...Putinə gəlincə, bəli, o, uğurlarıma görə məni bir neçə dəfə mükafatlandırdı, lakin o, bunu əcnəbilərin eyni tanınma uğrunda yarışdığı illərdə etdi”.
Usmanov bildirib bunu.
“Dostlar belə davranmazlar” deyən özbək milyarder, xüsusilə Sardiniyada onunla əlaqəli əmlakın həbsi ilə bağlı İtaliyanı sevməkdən əl çəkməyəcəyini qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB