Baykalda, Nerçinski Zavod kəndindəki kafedə bir qrup naməlum şəxs Ukraynaya qarşı döyüş əməliyyatlarının iştirakçısını döyüblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə mesajlar əvvəlcə sosial şəbəkələrdə peyda olub, daha sonra vilayət qubernatoru Aleksandr Osipov tərəfindən təsdiqlənib.
Qeyd edək ki, döyülənin döyüşdə ayağını itirmiş əlil olduğu iddia edilir.
Osipovun sözlərinə görə, kafedə “spirtli içkilər qəbul edən şəxslər” xüsusi hərbi əməliyyat iştirakçısına qarşı aqressiya nümayiş etdirməyə başlayıblar.
Sosial şəbəkələr iddia edir ki, döyməkdə şübhəli bilinən kənd sakinləri münaqişə zamanı müharibə iştirakçılarını “qatil” adlandıraraq, mükafatlarını cırıblar.
Qeyd edək ki, hazırda hərbi yönümlü teleqram kanalları hadisə ilə bağlı xüsusilə fəallıq nümayiş etdirir. Belə ki, onlar Ukraynada döyüşən əlili döyənlərin tapılaraq cəzalandırılmasını tələb edirlər.
Onlar ordunun gözdən salınması deyilən normanı əlili döyənlərə tətbiq etməyə çağırırlar.
Bu arada Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn hadisəni şərh edərkən münaqişənin məhz gənclərin xüsusi hərbi əməliyyata düşmən münasibəti zəminində baş verdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB