Tehranda beş binada baş verən uçqunda ölən var.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Hadisə nəticəsində üç nəfər ölüb, 11-i yaralanıb.
Hadisə qanunsuz tikililərin sökülməsi zamanı baş verib.
Uçan binaların dağıntıları altından bir polis komandiri və bir zabit də daxil olmaqla üç cəsəd çıxarılıb.
Xilasetmə əməliyyatı davam edir.
Dağıntılar altında qalanların ümumi sayı müəyyən edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB