Zelenski Fransadan SCALP raketləri alındığını təsdiqləyib

Zelenski Fransadan SCALP raketləri alındığını təsdiqləyib

Ukrayna Fransadan SCALP uzun mənzilli hava-yer raketləri alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Günündə Prezident Volodimir Zelenski bildirib.

O, Patriot və İRİS-T hava hücumundan müdafiə sistemlərinin işi və imkanları haqqında hesabatı dinləyib, həmçinin Su-25 hücum təyyarəsini də yoxlayıb.

Hərbçilərin mükafatlandırılması mərasimində V.Zelenski SCALP raketlərindən birinə avtoqraf qoyub.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron iyulun 11-də NATO-nun Vilnüs Sammitində uzun mənzilli raketləri Ukraynaya ötürmək niyyətində olduğunu açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə