Belqorod vilayətində iki gün əvvəl yoxa çıxan 15 yaşlı qızın cəsədi zorakı ölüm əlamətləri ilə tapılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Federasiyasının regional İstintaq Komitəsi yayıb.
Beləliklə, idarədən verilən məlumata görə, avqustun 4-də rayonun Razumnoye kəndində gəzintiyə çıxan 2008-ci il təvəllüdlü qız sonradan yoxa çıxıb.
Onun yoxa çıxması ilə bağlı cinayət işi başlanıb, araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları zorakılıqla qətlə yetirilən qızın meyitini aşkar ediblər.
Hadisəni törədən şəxslərin axtarışı və zəruri istintaq hərəkətləri davam etdirilir.
Rusiya saytları hüquq-mühafizə orqanları əməkdaşlarının qızın cəsədini qəbiristanlıqda tapdıqlarını yazırlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB