Pakistandakı qatar qəzasında ölənlərin sayı 30 nəfəri ötdü

Pakistandakı qatar qəzasında ölənlərin sayı 30 nəfəri ötdü

Pakistanın cənub-şərqində qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı artıq 30 nəfər olduğu göstərilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Geo News” yayıb. Telekanalın məlumatında daha azı 80 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, hadisə Pakistanın Sind əyalətində, Kəraçidən 275 km aralıda, Nəvabşah şəhəri yaxınlığında baş verib. Belə ki, qəza nəticəsində 10 qatar vaqonu relsdən çıxıb. Xilasetmə qrupları və hərbçilər hadisə yerindədir. Rayonun tibb müəssisələrində fövqəladə vəziyyət elan edilib. Bu marşrut üzrə qatarların hərəkəti dayandırılıb.

Qatarın qəzaya uğramasının səbəbi hələlik məlum deyil. Yerli hakimiyyət nümayəndələri bütün zərərçəkənlərə lazımi köməklik göstərildikdən sonra hadisənin baş vermə şəraitini hərtərəfli araşdıracaqlarına söz veriblər.

Pakistanın Mülki Aviasiya və Dəmir Yolları naziri Xavaja Saad Rafiq faciənin mümkün səbəbləri kimi bir şəxsin "qəsdən" hərəkətini və "mexaniki nasazlığı" göstərib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə