“Sevastopolda sakitlikdir..?”

...Səksəkədədirlər.

Budur, Sevastopol qubernatoru Mixail Razvojayev özünün Teleqram kanalında məlumat yayaraq, şəhər əhlini narahat olmamağa çağırıb.

Belə ki, ötən gün dənizdə, çimərliyə yaxın ərazilərdə bombaya oxşayan obyekt görüntülənib. Dənizdə çimən beş-altı yerli sakin də çimməklərini yarımçıq qoyub aradan çıxıblar.

İndi Sevastopol qubernatoru sahilə yaxın sürüşən obyektin donanmanın xüsusi xidmət orqanları tərəfindən yoxlanıldığını və bunun bomba olmadığını bildirib.

“...Siqnal yanlışdır. Sayıqlığına görə bütün xüsusi xidmət orqanlarına minnətdarlığımı bildirirəm. Sevastopolda hər şey sakitdir”.

Razvojayev Teleqram kanalında yazıb bunu.

Qeyd edək ki, bundan əvvəl Sevastopol qubernatoru Lyubimovka çimərliyi yaxınlığında driftdə olan dəniz minasına bənzər obyektin aşkarlanması barədə əhaliyə məlumat verib.

Rusiya donanmasının mütəxəssisləri potensial təhlükəli obyektin izlənməsi və zərərsizləşdirilməsinə cəlb edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə