Rusiyada prezident seçkiləri “tam olaraq demokratiya deyil”, “bahalı bürokratiya”dır. Rusiya prezidenti Vladimir Putin gələn il 90 faizdən çox səslə yenidən seçiləcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri “The New York Times” qəzetinə müsahibəsində Kremlin sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, Amerika nəşrinin böyük materialı “Putinin əbədi müharibəsi” adlanır.
Material müəllifləri Ukraynada müharibə nə vaxt bitə bilər, Rusiya cəmiyyəti bundan yorulurmu, Vladimir Putin sülh axtarmağa başlayacaqmı sualına cavab verməyə çalışırlar.
Peskovun sözlərinə görə, bu gün heç nə Putinin hakimiyyətinə təhlükə yaratmır, o cümlədən Kremlin özü seçki prosesinə nəzarət edir.
Peskov Ukraynada müharibənin dayandırılması perspektivləri ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, indi sülh sazişinin imzalanması üçün heç bir əsas yoxdur və “yaxın gələcəkdə” qondarma xüsusi əməliyyat davam etdiriləcək.
Rusiyanın daha çox Ukrayna ərazilərini ələ keçirmək istəyi ilə bağlı birbaşa suala Kreml sözçüsü belə cavab verib: "Xeyr. Biz sadəcə olaraq, indi Konstitusiyamızda bizim torpaqlarımız kimi yazılmış bütün torpaqlara nəzarət etmək istəyirik".
Qeyd edək ki, bu, 2014-cü ildə ilhaq edilmiş Krımdan əlavə, Rusiyanın 2022-ci ildə ilhaq olunduğunu elan etdiyi təxminən dörd bölgə, Donetsk, Luqansk, Zaporojye və Xersondur. Maraqlıdır ki, hazırda, Rusiya ordusu bu ərazilərin heç birinə tam nəzarət etmir.
Yeri gəlmişkən, Peskov hələlik nəşrə münasibət bildirməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB