Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti, Krasnodar diyarının Kubanski kəndindəki liftin anbar binasında yanğın başlaması barədə xəbər verir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Krasnodar diyarının Novopokrovski rayonunun Kubanski kəndində toxum qabıqları olan anbar yanır.
Yanğın sahəsi artıq 2 min kvadratmetri hatə edib.
Verilən xəbərə görə, söndürmə güclü külək və isti hava ilə çətinləşir.
Hazırda yanğınsöndürənlər yanğının söndürülməsi və qonşu tikililərin mühafizəsi ilə məşğuldur.
Yanğın yerində 78 nəfər və 16 texnika çalışır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB