Hakimiyyətə gəlməsə, üçüncü dünya müharibəsi olacaq..?

Hakimiyyətə gəlməsə, üçüncü dünya müharibəsi olacaq..?

Bu arada Donald Tramp, prezident seçkilərində qalib gəldikdən dərhal sonra Cozef Baydenə qarşı araşdırmalara başlayacağına “and içib söz verdi”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ABŞ-ın keçmiş prezidenti bildirib ki, Ağ Evə qayıtdığı ilk gündə xüsusi müşavir Cek Smitə Baydenə qarşı bütün ittihamları, o cümlədən xarici şəxslərdən rüşvət almaqla bağlı ittihamları araşdırmağı tapşıracaq.

“Mən Birləşmiş Ştatların Prezidenti kimi ilk günümdə ABŞ Ədliyyə Departamentinin Xüsusi Müşavirinə ABŞ Konqresində verilən çoxsaylı bəyanatların hər birini, o cümlədən Çindən və bir çox başqa ölkələrdən alınan rüşvətin birbaşa Bayden ailəsinin cibinə daxil olan bütün şərəfsiz hərəkətləri araşdırmağı tapşıracağam”.

Tramp bildirib bunu.

Xatırladaq ki, bir müddət bundan əvvəl Tramp hakimiyyətə gəlməsə, üçüncü dünya müharibəsinin qarşıalınmaz olacağını bəyan etmişdi.

Yəni dünyanı bütün bu bəlalardan etsə-etsə, təkcə Tramp hifz edə bilər..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə