Ruslar Belqorodda Ukrayna “şpion”u tutublar

Ruslar Belqorodda Ukrayna “şpion”u tutublar

Məhkəmə məlumatları Ukrayna Təhlükəsizlik Xidmətinə ötürməkdə ittiham olunan Belqorod vilayətinin sakininə hökm çıxarıb.

SİA-nın “Kommersant”dan əldə etdiyi məlumatına görə, 45 yaşlı rusiyalı12,5 il müddətinə sərt rejimli koloniyada cəza çəkəcək.

Beləliklə, belqorodlu Vitali Krivoşlıq dövlətə xəyanətdə ittiham olunub.

Qeyd edək ki, onun məhkəməsi bağlı qapılar arxasında aparılıb. Məhkəmə müəyyən edib ki, həmin şəxs Belqorod vilayəti ərazisindən hərbi texnikanın və rus hərbçilərinin hərəkəti barədə Ukrayna Təhlükəsizlik Xidmətinə elektron rabitə vasitəsilə məlumat ötürürmüş.

Maraqlıdır ki, “şpion” olduğunu etiraf edən rusiyalı tövbə etdiyini bildirib.

Yeri gəlmişkən, Vitali Krivoşlıq milliyyətcə rus olsa da, amma Ukraynada döğulub. O, 2022-ci ilin mayında həbs edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə