...Gərək ki, sovet adamları xatırlamış olar, həmən dövrlərdə Krımda istirahət üçün “putyovka” əldə edib oralara istirahətə getmək hər adama nəsib olmurdu. Yəni belə bir “putyovka”...şah əlinə belə düşmürdü.
Amma indi, budur, iyulun ikinci yarısında ilhaq edilmiş Krımda mehmanxana sifarişlərinin sayı ayın birinci yarısı ilə müqayisədə 45 faiz azalıb.
Yəni, görün indi Krım nə günə qalıb ki, otellər orta hesabla cəmi 50-60 faiz yüklənir.
Qeyd edək ki, rəhbərlik qiymətləri aşağı salmaqla, yeni istirahət edənləri cəlb etməyə çalışır, amma nə faydası?
Vaxtilə sovet adamlarının həsrətini çəkdiyi Krım istirahət mərkəzli indi, ruslar demiş “kliyent” gəzir...
Budur, “Kommersant” nəşrinin yazdıqlarına diqqət yetirək.
Beləliklə, “Upro Group” otel idarəetmə şirkətinin meneceri Yekaterina Milçinskaya 2023-cü ili Krımda satışlar, otellərin yerləşməsi və iqtisadiyyatı baxımından ən çətin il hesab edir.
“Ribera Resort & SPA” otelinin kommersiya direktoru Yelena Peçeritsanın sözlərinə görə, iyul ayında otellərdə qiymətlər 25 faizə qədər endirilib. O hesab edir ki, tələbatın bu qədər kəskin azalmasının səbəbi nəqliyyat problemləri və çoxlu turistlərin, xüsusən də uşaqlı ailələrin öz təhlükəsizliklərindən qorxmasıdır.
Məncə, direktor xanımın dediklərində ən çox həqiqət istirahətə gələnlərin təhlükəsizlikləri ilə bağlıdır.
Xatırladaq ki, bu yaz və yay aylarında Krım dəfələrlə Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalıb. Aprelin sonunda pilotsuz təyyarə Sevastopolda neft anbarına hücum edib. Mayın 7-nə keçən gecə yarımadanın üzərində 10-dan çox pilotsuz təyyarə vurulub. İyulun 19-na keçən gecə pilotsuz təyyarənin reydi nəticəsində Starıy Krım şəhəri yaxınlığındakı sursat anbarı, iyulun 22-də isə Krasnoqvardeyski rayonundakı hərbi aerodrom yanıb.
İlhaq edilmiş yarımadanı Krasnodar diyarı ilə birləşdirən Krımski (Kerç) körpüsü Ukraynada müharibə başlayandan bəri iki dəfə dağıdıcı hücumlara məruz qalıb.
Qeyd edək ki, körpü hazırda nəqliyyatın hərəkəti üçün bağlanıb.
Amma maraqlıdır ki, Rusiya tərəfi Krıma getmək istəyənlərə “yeni ərazilərdən” keçməyi təklif edir.
Loru dildə onu necə deyirlər,..aləmdilər ey!
Krımdakı otel sahibləri “kliyent” qıtlığından dad eləyir, bunlar da rusları “yeni ərazilərdən” keçməklə “ölümün ağzına” göndərmək istəyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB