Türkiyədə ağır yol qəzası olub - ölənlər və yaralananlar var

Türkiyədə ağır yol qəzası olub - ölənlər və yaralananlar var

Türkiyənin Burdur şəhərinin Tefenni rayonunda avtomobillə furqonun toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə məlumat DHA yayıb.

Bildirilib ki, olayda yaralanan 6 nəfərdən 3-nün durumu ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə