Ukraynanın ən hündür abidəsindəki sovet gerbi milli simvolla əvəzlənib - FOTO

Ukraynanın ən hündür abidəsindəki sovet gerbi milli simvolla əvəzlənib - FOTO

Avropanın ən hündür abidələrindən olan “Ana Vətən”in qalxanındakı sovet gerbi Ukraynanın milli simvolu üçdişli mizraqla (“Trezub”) əvəzlənib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü səhər gerbin konstruksiyasının monumentin qalxanına qaldırılmasına başlanılıb.

Üçdişli mizraq taxıldıqdan sonra qalxanın xarici görünüşü üzərində kosmetik işlərin aparılması nəzərdə tutulub.

Xatırladaq ki, avqustun 1-də “Ana Vətən” gerbindəki sovet simvolu sökülüb. Ötən ilin iyulunda ölkənin Mədəniyyət Nazirliyi Ukraynanın ən böyük abidəsindən sovet gerbinin sökülməsinin zəruriliyi ilə bağlı ukraynalıların fikrini öyrənmək üçün sorğu keçirib. 90 %-dən çoxu köhnə gerbin yığışdırılmasının tərəfdarı olub. Eyni zamanda, 85 % heykəlin qalxanına Ukrayna simvolunun yerləşdirilməsi ideyasını bəyənib.

Bütün xəbərlər Facebook səhifəmizdə