Bolqarıstanda sürət qatarı avtomobilə çırpılıb - ölən var

Bolqarıstanda sürət qatarı avtomobilə çırpılıb - ölən var

Sofiya-Varna sürət qatarı Bolqarıstanın şimalındakı Pavlikeni şəhəri yaxınlığındakı dəmir yolu keçidində minik avtomobilnə çırpılıb. SİA TASS-a istinadən xəbər verir ki, ilkin məlumata görə, avtomobilin sürücüsü olan qadın ölüb.

Qatarda olan sərnişinlər xəsarət almayıblar. Bildirilir ki, xüsusi siqnalın işə düşməsinə baxmayaraq, avtomobilin sürücüsü keçiddən keçmək qərarına gəlib. Hadisə də bu anda baş verib.

Polis hadisə yerində araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə