Fransanın Nitsa şəhərində turist qatarının vaqonlarından birinin aşması nəticəsində 11 nəfər xəsarət alıb. SİA "France 3" kanalına istinadla xəbər verir ki, Nitsada turist qatarının sonuncu vaqonu, İngilis bulvarı prospektindəki əsas yolda aşıb.
Hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan üç nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin azyaşlı olduğu deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB