Moldova məktəblərində Avropaya inteqrasiya dərsləri keçiriləcək?

Moldova məktəblərində Avropaya inteqrasiya dərsləri keçiriləcək?

Moldova məktəblərində sentyabrın 1-də ənənəvi sülh dərsi əvəzinə şagirdlərə Avropaya inteqrasiya dərsi keçə bilər. Müvafiq bəyanatla ölkənin təhsil naziri Den Perçun çıxış edib.

O vurğulayıb ki, ümumi təhsil şöbəsindən həmkarları ilə görüşdə də analoji mövzu təklif olunub.

“Namizəd statusu aldığımızı, Avropaya inteqrasiya proseslərində müəyyən gözləntilərimiz olduğunu nəzərə alaraq, sentyabrın 1-də bu mövzuya toxunmağı məqsədəuyğun hesab edirik”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu RİA Novosti Perçundan sitat gətirir.

Qeyd edək ki, Avqustun ortalarına qədər Moldova Avropaya inteqrasiya üzrə dərslər üçün kurrikulumun hazırlanmasını istəyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə