Yedək gəmisinin Süveyş kanalında tankerlə toqquşması nəticəsində batıb, xilasetmə işləri davam edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə su yolu administrasiyasının açıqlamasında bildirilir.
...Açıqlamaya görə, Honq-Konq bayrağı altında Sinqapurdan ABŞ-a üzən “CHINAGAS LEGEND” tankeri Süveyş kanalı rəhbərliyinə məxsus “Fəhd” yedək gəmisi ilə toqquşub. Süveyş kanalının 51-ci kilometrliyindəki Əl-Ballah bölgəsində baş verən toqquşma nəticəsində yedək gəmisi batıb.
“Yeddi nəfərdən ibarət yedək gəmisinin ekipajını xilas etmək üçün Dəniz Xilasetmə Briqadası göndərilib. Xilasetmə işləri davam edir”.
Bunu Süveyş kanalının administrasiyası bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB