"Vaqner" döyüşçüləri Polşa sərhədini keçməyə cəhd ediblər?

"Vaqner" döyüşçüləri Polşa sərhədini keçməyə cəhd ediblər?

“Vaqner” PMC-nin döyüşçüləri Belarusdan Polşa ərazisinə daxil olmağa cəhd ediblər.

Hazırda Varşava müxtəlif variantları, o cümlədən Belarusla sərhədin tamamilə bağlanmasını nəzərdən keçirir,

SİA-nın əldə etdiyi məlumata görə, bunu Polşa daxili işlər nazirinin müavini Pavel Yablonski bildirib.

O, Belarusdan gələn təhlükənin çox real olduğunu da gizlətməyib.

Yablonskinin sözlərinə görə, Varşava öz sərhədini, ola bilsin ki, hava məkanını pozmaq üçün yeni cəhdlər gözləyir. O, bildirib ki, hazırda Polşa hakimiyyəti sərhəd bölgəsinə “daha ​​çox” qoşun göndərməkdədir.

Amma maraqlıdır ki, polyak səlahiyyətlisi Belarusla sərhədə nə qədər hərbçi göndərildiyini deməyib.

“Biz ərazimizi, vətəndaşlarımızı qorumaq üçün lazım olan bütün addımları, o cümlədən Belarusun tam təcrid olunmasını nəzərdən keçiririk”.

Yablonski bildirib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə