Bu arada hərbi ekspert Oleq Jdanov Ukrayna hərbçilərinin Krımda müvəqqəti işğal olunmuş Armyansk yaxınlığındakı Çonqarski körpüsünə alternativ olan dəmir yolu körpüsünə niyə zərbələr endirmədiklərinə aydınlıq gətirib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Jdanov, bunun vaxtının hələ çatmadığını deyib.
...Fakt budur ki, ruslar həmin dəmir yolundan istifadə edirlər, lakin çox məhdud şəkildə. Biz həmişə bu qatarların gəldiyi stansiyanı vururuq. Hər hədəfin öz vaxtı var. Baş Qərargah bu və ya digər infrastruktur obyektinə nə vaxt zərbə endirəcəyini dəqiq bilir. Çonqarski avtomobil körpüsünü ruslar bir müddət sonra təmir ediblər.
Jdanov, Baş Qərargah hərbçilərinin hərəkət etdiyi planı var.
Və lazım bilsələr Armyansk vilayətindəki körpünü vuracaqlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB