Rusiya Zaporojyedəki “Motor Sich” zavoduna raket zərbəsi endirib Avqustun 5-i axşam saatlarında Rusiya Zaporojyedəki “Motor Sich” zavoduna və Ukraynanın Xmelnitski vilayətindəki hədəflərə raket zərbələri endirib. Raketlərin bir hissəsi vurulub.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam televiziya ilə çıxışında deyib.
Rusiyanın hərbiyönlü teleqram kanalları Xmelnitski vilayətində müharibədən əvvəl NATO standartlarına uyğun modernləşdirilən Starokonstantinov aerodromunun hücuma məruz qaldığını iddia edir. Onun Ukrayna ordusunun istifadə etdiyi ən uzun mənzilli Britaniya Storm Shadow raketlərini daşıya bilən Su-24M bombardmançı təyyarələrinə əsaslandığı bildirilir.
Ukrayna ordusunun məlumatına görə, şənbə günü raket hücumu Rusiyanın Tambov vilayətindən və və Belarus ərazisindən atılıb.
Hücumda “Kindjal” hipersəs raketlərindən və “Kalibr” raketlərindən istifadə edildiyi iddia edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB