Soçi məhkəməsi müqaviləli döyüşçü Nikita Bezvikonnını bölməni icazəsiz tərk etməkdə ittiham edərək beş il yarım müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə materiallarına görə, hərbçi Ukraynada gedən döyüşlər zamanı həlak olmaqdan qorxduğu üçün aradn çıxıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2022-ci ilin iyulunda Müdafiə Nazirliyi ilə müqavilə bağlayan sıravi əsgər Bezvikonnı və elə həmin gün də cəbhəyə yola salınıb. Amma həmin ilin sentyabrında Rusiyaya qayıdıb və valideynləri ilə Krasnodar diyarında yaşayıb. Qeyd edək ki, o, ailəsinə müvəqqəti “istirahətə” buraxıldığını deyib.
Onun axtarışda olduğunu həmkarından öyrənən hərbçilər martın 27-də bölmənin daimi dislokasiya məntəqəsinə gəliblər.
Məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli bilib, lakin Konstitusiyanın özünə qarşı ifadə verməməyə imkan verən 51-ci maddəsinə istinad edərək ifadə verməkdən imtina edib.
Məhkəmə cəzanı yüngülləşdirən hallar kimi tövbə və Ukrayna ilə müharibədə iştirak, o cümlədən döyüş tapşırıqlarının yerinə yetirilməsini tanıyıb. Təqsirləndirilən maddənin sanksiyaları beş ildən on ilədək həbsi nəzərdə tutur. Təqsirləndirilən şəxs qarnizon məhkəmə zalında həbs edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB