Nazirliyin çoxdankı arzusu reallaşır...

Yevgeni Priqojinin muzdluları kütləvi şəkildə Müdafiə Nazirliyi ilə müqavilələr bağlayırlar
Nazirliyin çoxdankı arzusu reallaşır...

Fusiya Federasiyasının Müdafiə Nazirliyi “Vaqner” PMC-nin bazasını, avadanlıqlarını, silahlarını mənimsəyib.

Rusiyalı hüquq müdafiəçisi Mark Feyqinin Espresso verilişində dediyi kimi, Yevgeni Priqojinin muzdluları kütləvi şəkildə Müdafiə Nazirliyi ilə müqavilələr bağlayırlar.

SİA-nın əldə etdiyi məlumata görə, “Vaqner” PMC Rusiyada tamamilə ləğv edilib. Krasnodar diyarındakı Molkino bazası götürülüb, bütün texnika, zirehli texnika, silahlar, bütün döyüş sursatları Müdafiə Nazirliyinə göndərilib. İndi Rusiya Federasiyasının Müdafiə Nazirliyi podratçı sayılırlar.

Qeyd edək ki, “Vaqner”in Belarusdakı fəaliyyətləti, təbii ki, Lukaşenko, Priqojin və Putin arasında razılaşmadır.

Rusiyalı müxalifətçi, Feyqinin fikrincə, “Vaqneritlər” Belarusdan Polşaya hücum etmək qərarına gəlsələr, Putin üçün faydalı olacaq.

Belə görünür ki, Kreml etibarnamə ilə “vaqnerçilər”dən gələn təhlükəni neytrallaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə