"Rusiya qazından imtina edə bilmərik..."

"Rusiya qazından imtina edə bilmərik..."

Rusiya Macarıstanın qaz ehtiyacını demək olar ki, tamamilə təmin edir, ölkənin enerji təhlükəsizliyi ondan asılıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Macarıstan Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə dövlət katibi Tamas Menzer sosial şəbəkədəki səhifəsində yazıb.

“Macarıstanın illik qaz istehlakının 85 faizi Rusiya qazının payına düşür. Bu məbləği ağlabatan müddətdə artırmaq mümkün deyil, yəni Rusiya qazı olmasa, Macarıstan donacaq, fabriklər işləməyəcək, sənaye dayanacaq, iş yerləri yox olacaq”, -deyə Menzer bildirib.

Qeyd edək ki, dövlət katibi bunları deməklə sol müxalifətin Macarıstanın Rusiya qazından imtina etməli olması ilə bağlı bəyanatlarına münasibət bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə