ABŞ üçün uğursuzluq...

Amerikalı analitik “Fitch Ratings” reytinq agentliyinin ABŞ-ın defolt reytinqini aşağı salmaq qərarını ABŞ üçün uğursuzluq adlandırıb. Bu açıqlama ilə investor Kayl Şostak çıxış edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” nəşri yazıb.

Beləliklə, Amerikanın “Navigator Principal Investors” investisiya şirkətinin direktoru, iqtisadiyyat sahəsi üzrə ekspert Şostak bu reytinqi çox əhəmiyyətli hesab edir. Fikrinin sübutu kimi o, yalnız bəzi inkişaf etmiş ölkələrin belə statusa malik olmasını göstərir.

Qeyd edək ki, ABŞ-ın reytinqdən geri çəkilməsini Şostak ölkə üçün pis göstərici sayır.

Kayl Şostak hesab edir ki, belə nəticə təsadüfi deyil. Bunun ilkin şərti ABŞ-ın dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı yaz müzakirələridir.

Xatırladaq ki, “Fitch” reytinq agentliyi avqustun 1-də ABŞ-ın emitentin defolt reytinqinin AAA-dan AA+ səviyyəsinə endirildiyini açıqlamışdı.

Onu da qeyd edək ki, burada əsas səbəblər sırasında dövlət borcunun yüksək artımı göstərilir.

Maraqlıdır ki, rəsmi Vaşinqton belə bir qiymətləndirmənin subyektiv olduğunu bildirib. Əksinə, Ağ Ev nümayəndələrinin fikrincə, ABŞ-da güclü iqtisadi canlanma müşahidə olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə