Gürcüstanda təbii fəlakət qurbanlarının sayı yenidən artıb

Gürcüstanda təbii fəlakət qurbanlarının sayı yenidən artıb

Gürcüstanın qərbindəki Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı yenidən artıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha bir nəfərin cəsədi torpağın altından çıxarılıb. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Hazırda daha 24 nəfərin axtarışları davam edir.

Həlak olanların 7-sinin kimliyi artıq müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə