Qazaxstanda Baş Prokurorluq “Z”, “V”, “Rusiya Ordusu”, “Nəzakətli insanlar”, “Vaqner” PMC hərbi simvollarına qadağa hazırlayır.
SİA-nın əldə etdiyi məlumata görə, Qazaxıstanın şərqindəki Semey şəhər Prokurorluğunun İctimai maraqların müdafiəsi şöbəsinin prokuroru Kuat Bapinovun sözlərinə görə, 2022-ci ildə Qazaxıstanda “Z” və ya “V” hərfləri olan simvollarla müşayət olunan nümayişlər baş verib.
Onun sözlərinə görə, mağazalarda üzərində “Rusiya ordusu” və “Nəzakətli insanlar” sözləri yazılmış uşaq oyuncaqları satılır. Bu isə ölkə sakinlərinin qarışıq reaksiyasına səbəb olub.
Baş Prokurorluq Qazaxıstan Respublikasının ərazisində etnosiyasiləşdirilmiş simvolların yayılması və istifadəsini qanunvericiliklə qadağan edilməsi məsələsinə baxmağı təklif edir.
Qeyd edək ki, Ukraynaya müdaxilə başlayandan bəri Rusiya hərbi texnikasında görünən “Z və “V” hərfləri praktiki olaraq müharibənin rəsmi simvollarına çevrilib. Verilən məlumata görə, “Z” hərfi müharibəni dəstəkləməyənləri qorxutmaq, məsələn, müxalifətin qapısına çəkmək üçün istifadə olunmağa başlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB