Kalmıkiyanın Müstəqillik Bəyannaməsi ekstremist material kimi tanınıb

Kalmıkiyanın Müstəqillik Bəyannaməsi ekstremist material kimi tanınıb

...Qeyd edək ki, bunu mühacirətdə olan bir qrup milli fəalın tərtib etdiyi sənəddir.

Avqustun 4-də axşam saatlarında Rusiya Ədliyyə Nazirliyi Ekstremist Materialların Federal Siyahısına Oirat-Kalmık Xalqları Konqresinin üzvləri tərəfindən tərtib edilmiş və imzalanmış sənədi əlavə etmişdir. Bu təşkilat Kalmıkiya Respublikasının suverenliyini müdafiə edir və bir neçə milli və regionalist hərəkatı birləşdirən Azad Millətlər Liqasında iştirak edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Oyrat-Kalmık xalqının qurultayı dünyanın bütün dövlətlərinə, hökumətlərinə və parlamentlərinə Oirat-Kalmık xalqının Rusiya imperiyasının müstəmləkə zülmündən azad edilməsinin zəruriliyini tanımağa çağırışla müraciət edir.

Rusiya Ədliyyə Nazirliyi qeyd edir ki, mətnin ekstremist kimi tanınan siyahıya salınmasına səbəb Kalmıkiya Respublikasının Elista Şəhər Məhkəməsinin iki ay əvvəl qəbul etdiyi qərar olub.

Materialın ekstremist kimi tanınması onun saxlanmasına, çoxalmasına və yayılmasına qadağa qoyulması deməkdir, bunun pozulmasına görə cərimə və ya 15 günə qədər inzibati həbs nəzərdə tutulur. Bəzi hallarda bu cür materialları yayan şəxslərə qarşı ekstremizmə açıq çağırışlar, nifrət və düşmənçiliyin qızışdırılması ilə bağlı cinayət maddələri də tətbiq edilir.

Xatırladaq ki, 2022-ci ildə Konqres üzvləri Ukrayna ilə müharibəyə qarşı çıxdılar və bundan sonra cinayət təqibi təhlükəsi altında mühacirət etməyə məcbur oldular.

Mühacirətdə onlar Kalmıkiyanın Rusiyadan müstəqilliyini açıq şəkildə müdafiə etməyə başladılar və bu istəyin səbəblərini izah edən bəyannamə tərtib etdilər.

Yeri gəlmişkən, təşkilatın rəhbərliyi Konqresi kalmık xalqının yeganə qanuni nümayəndəlik orqanı adlandırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə