Fransanın xarici işlər naziri Katrin Kolonna “France Info” radiosunda şıxışı zamanı Fransanın hazırda Nigerdən öz qoşunlarını çıxarmaq barədə düşünmədiyini bildirib.
...Çünki onlar ölkənin qanuni hakimiyyət orqanları ilə razılaşma əsasında orada yerləşdirilib deyən nazir bu məsələnin artıq gündəm olmadığını da dilə gətirib.
Kolonna bildirib ki, fransız qoşunları terrorizmə qarşı mübarizəyə yardım etmək üçün qanuni hakimiyyət orqanları ilə imzalanmış müqavilələr əsasında ölkənin qanuni orqanlarının tələbi ilə Nigerdədir.
SİA-nın əldə etdiyi məlumata görə, nazir qeyd edib ki, 26 iyul dövlət çevrilişindən sonra Fransa Nigerlə hərbi və mülki əməkdaşlığı dayandırıb. İndi bu ölkədə 1,5 minə yaxın fransız hərbçisi yerləşdirilib. Nazir “Fransa qüvvələrinin ətrafında vəziyyətin sakit olduğunu” deyib və “belə qalacağına” ümid etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB