Bu arada SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Polşanın Belarusla sərhədində polyak hərbçiləri miqrantlara qarşı nümunəvi olmayan rəftarlarını davam etdirirlər.
Belə ki, bu gün, avqustun 5-də Polşa təhlükəsizlik qüvvələri vəziyyəti ağır olan əcnəbini sərhədi keçməyə məcbur ediblər. Nəzarət-buraxılış məntəqəsinə gedən miqrant kişi yolda dünyasını dəyişib.
Bu barədə Belarus Sərhəd Komitəsinin Telegram kanalı məlumat yayıb.
Deyilənlərə görə, ölən şəxs Misir vətəndaşıdır. Suriya vətəndaşı Polşa təhlükəsizlik qüvvələrinin təzyiqi ilə onunla sərhədi keçib. O, yoldaşına hərəkət etməyə kömək edib, lakin misirlinin cəsədi Polşa sərhədçilərinin şiddətli döyülməsindən sonra buna dözə bilməyib. Təcili yardım briqadaları gəlib və zərərçəkənin öldüyünü müəyyən ediblər.
“Polşa hakimiyyəti beynəlxalq insan haqları təşkilatlarının “kor və karlığından” istifadə edərək şərqdən olan qaçqınlara qarşı soyqırım siyasətini dayandırmır”.
Bunu təbii ki, nazirlik vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB