Ukrayna prezidenti Vladimir Zelenski Kremllə sülh danışıqlarına getməyə məcbur olacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə avqustun 5-də ukraynalı diplomatlara istinadən The New York Times xəbər verir.
“Çərşənbə günü Zelenski diplomatlarına bildirib ki, vəziyyət daha da çətinləşəcək, çünki qarşıdakı aylarda sülh danışıqlarının yollarını tapmaq üçün təzyiqlər artacaq”.
Bunu “The New York Times” qeyd edib.
Qeyd edək ki, belə bir şəraitdə Zelenski diplomatlardan hərbi kursu davam etdirəcəklərini, diqqətlərini Rusiya Federasiyasını məğlub etməyə yönəltmələrini gözləyir.
Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, Ukrayna liderinin qarşısında çətin vəzifə durur. Qərbin əks-hücumdan gözlədiyi uğurun olmaması vəziyyəti daha da gərginləşdirib.
Yenə də rus saytlarının yazdığına görə, guya cəbhədəki məyusedici nəticələr maddi yardımın əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
Bu baxımdan, “The New York Times”ə görə, Zelenski yeni müttəfiqlər tapmaq barədə düşünməli olacaq?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB