Ukrayna ordusu Rusiya tankerinә hücum etdi

Ukrayna ordusu Rusiya tankerinә hücum etdi

Ukrayna ordusunun Kerç boğazı yaxınlığında pilotsuz dəniz vasitələri ilə Rusiya tankerinə hücum etdiyi bildirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kerç boğazı yaxınlığında rus tankerinin Ukrayna qüvvələri tərəfindən pilotsuz dəniz vasitəsi ilə hücuma məruz qaldığı bildirilib.

"Heyət təhlükəsiz yerdədir, xəsarət alan yoxdur. Sahil mühafizə xidməti hadisə yerindədir. Bölgəyə iki gəmi gəlib'',-deyə məlumatda vurğulanıb.

Digər tərəfdən Ukrayna mediası Ukrayna Təhlükəsizlik Xidmətinin tankerə qarşı əməliyyatı keçirdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə