Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun ikinci yarısında Bağdada səfər edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, Macarıstanda həmkarı Peter Siyarto ilə görüşən Türkiyə XİN başçısının növbəti səfər edəcəyi ölkə İraq olacaq.
İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əl-Səhaf Hakan Fidanın səfəri ilə bağlı açıqlama verib. Baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseynin bu yaxınlarda Türkiyənin İraqdakı səfiri Əli Rza Güneyi qəbul etdiyini bildirən Əl-Səhaf bu görüşdə Bağdad və Ankara arasında əməkdaşlıq məsələlərinin nəzərdən keçirildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB