Simonyanla Sobçakı “öldürmək” istəyənlər arasında Anastasiya da olub?

Simonyanla Sobçakı “öldürmək” istəyənlər arasında Anastasiya da olub?

Kremlyönlü RT telekanalının baş redaktoru Marqarita Simonyana və “Caution Media” layihəsinin təsisçisi Kseniya Sobçaka qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı işdə 16 yaşlı Anastasiya adlı qız peyda olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” istintaq materiallarına istinadən xəbər verir.

Qeyd edək ki, Anastasiya barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Çox güman ki, o, bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq işində şahid statusunda şıxış edəcək.

Qeyd edək ki, xuliqanlıq işində 8 nəfərin adı var. Müstəntiqlər onların müəyyən neonasist qruplaşmasının “Paraqraf 88” üzvü olduqlarını və miqrantları döydüklərini iddia edirlər.

“Kommersant” yazır ki, miqrantların döyülməsi işi üzrə müttəhimlər azyaşlı Anastasiyadan istifadə edərək qurbanları kimsəsiz yerlərə aparırmışlar.

Onlar Ukrayna Təhlükəsizlik Xidmətinin və Rusiya xüsusi xidmət orqanlarının diqqətini çəkdiyi iddia edilən videonu teleqramda da yayıblar.

Eyni zamanda, Ukrayna Təhlükəsizlik Xidməti qrupa Simonyan və Sobçaka qarşı sui-qəsd hazırlamağı tapşırıb.

Qeyd edək ki, işin ən azı iki epizodunda Anastasiyanın adı çəkilir.

“Kommersant”ın yazdıına görə, biri 24 yaşlı Tacikistan vətəndaşının döyülməsində, ikincisi isə 21 yaşlı Özbəkistan vətəndaşına hücumla bağlıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə