Ukraynada döyüşməkdən imtina edən hərbçilər həbs edilib

Ukraynada döyüşməkdən imtina edən hərbçilər həbs edilib

Kamçatkada hərbi məhkəmə Ukraynaya qarşı müharibədə iştirakdan imtina edən əsgəri koloniya-qəsəbədə iki il yarım müddətinə azadlıqdan məhrum edib.

SİA-nın əldə etdiyi məlumata görə, may ayında adı açıqlanmayan hərbçi Petropavlovsk-Kamçatskidə yerləşən bölmələrdən birində olarkən Ukraynaya qarşı döyüşlərdə iştirakdan imtina edib.

May ayında həmin məhkəmə müharibədə iştirakdan imtina edən iki hərbçini iki il yarım müddətinə koloniya-qəsəbədə cəzaya məhkum edib.

Məhkəmənin məlumatına görə, Aleksandr Stepanov yanvarın 18-də Ukrayna ilə cəbhəyə getməkdən imtina edib. Andrey Mixaylov yanvarın 21-də komandirin oxşar əmrini yerinə yetirməkdən imtina etdi. Onlar səfərbərlik dövründə komandanlığın əmrinə tabe olmamaqda təqsirli biliniblər.

Bu arada Rusiya saytlarının etirafına görə, ölkə məhkəmələri mütəmadi olaraq hərbi hissəni tərk etmiş, müharibədə iştirakdan imtina edən hərbi qulluqçulara hökm çıxarmaqda davam edir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə