Birləşmiş Ştatların silah tədarük etməyi planlaşdırdığı Tayvanla bağlı vəziyyətə BMT müdaxilə etməlidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Telegram-kanalında bildirib.
Qeyd edək ki, rusiyalı siyasətçi ABŞ prezidenti Cozef Baydenin hərəkətlərini pisləyib.
Belə ki, Volodinin fikrincə, Bayden Tayvanla bağlı münaqişədən öz seçicilərini ölkənin problemlərindən yayındırmaq üçün istifadə edir.
Maraqlıdır “ölkənin problemlərindən” danışan Volodin əsas kimi Amerikadakı inflyasiya, büdcə kəsirinin artmasını göstərir.
Dövlət Dumasının spikerinin fikrincə, Tayvanı da Ukrayna ssenarisi gözləyir, Baydenin Kiyevə ayrılan vəsaitdən ada üçün silah almaq niyyətini Volodin səhv hesab edir.
“Birləşmiş Ştatlar Ukrayna istiqamətində siyasətinin iflasa uğrayacağını proqnozlaşdırır. Hegemonluğu itirmək riskindən əvvəl onlar xilası yeni münaqişədə axtarırlar”.
Bunu da Volodin deyir.
Rusiya Federasiyası Dövlət Dumasının sədri hesab edir ki, yeni münaqişələr təhlükəsinin qarşısını almaq üçün BMT yaranmış vəziyyətə müdaxilə etməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB