Türkiyədə meşə yanğını baş verdi

Türkiyədə meşə yanğını baş verdi

Türkiyənin Balıkesir əyalətinin Burhaniye rayonunda meşə yanğını baş verib. SİA xəbər verir ki, hadisə yerinə meşə təsərrüfatı idarəsi və yanğınsöndürmə idarəsinin 52 əməkdaşından ibarət qrup cəlb olunub.

Yanğının söndürülməsində 1 təyyarə və 2 helikopter də iştirak edib. Yanğın məhdudlaşdırılıb və nəzarət altına alınıb.

Yanğın sahəsinin və yanğının səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə