Litva Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Litva Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Litva Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. SİA xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Yeni hərbi yardım paketinə NASAMS zenit-raket kompleksləri, pilotsuz uçan aparatlar, logistika avadanlıqları, çarpayılar və s. daxildir.

Silahlarla yanaşı Litva Ukrayna əsgərlərinin təlimini davam etdirəcək, tibbi yardım və reabilitasiya göstərəcək, ekspertlərlə məsləhətləşəcək və Ukraynaya beynəlxalq yardım fondlarına vəsait ayıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə