Özbəkistan BMT-dəki daimi nümayəndəsini dəyişib

Özbəkistan BMT-dəki daimi nümayəndəsini dəyişib

Uluqbek Lapasov Özbəkistanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Daha əvvəl Özbəkistanın BMT-dəki daimi nümayəndəsi Bəxtiyor İbrahimov olub. O, 2017-ci ilin may ayından Nyu-Yorkda işləyir.

2020-ci ilin noyabrında Özbəkistan prezidentinin sərəncamı ilə Bəxtiyor İbrahimova ən yüksək diplomatik rütbə - fövqəladə və səlahiyyətli səfir vəzifəsi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə