Dərd gələndə, batmanla gəlir...

Gürcüstanın daha bir bölgəsində təbii fəlakət baş verib
Dərd gələndə, batmanla gəlir...

Güclü külək və leysan yağışları Gürcüstanın Kaxeti bölgəsində də ciddi problemlər yaradıb.

SİA-nın əldə etdiyi məlumata görə, külək Qurcaani rayonunda 5 yaşayış binasının, 70-dən çox fərdi evin, eyni zamanda, Vercini, Kolaqi, Bakurçixi, Kardenaxi kəndlərində evlərin dam örtüyünü uçurub.

Küləyin kökündən qopardığı ağaclar elektrik enerjisi və təbii qaz kəmərlərini sıradan çıxarıb.

Hakimiyyət orqanları təbii fəlakət nəticəsindən evləri yararsız vəziyyətə düşmüş insanların müvəqqəti yaşayış məntəqələrində yerləşdiriləcəyini bildirib.

Hazırda bölgədə bərpa və yenidənqurma işləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə