Bu arada “The İnsider” nəşri Kremlpərəst alman politoloqu Vladimir Sergienko və onun Almaniyanın sağçı populist “Almaniya üçün Alternativ” partiyası ilə əlaqələri ilə bağlı araşdırma dərc edib.
İddia olunur ki, Sergienko Kremllə “Almaniya üçün Alternativ”dən olan Bundestaq deputatları arasında vasitəçi olub, onların “nitqlərinin mətnlərini Moskvadan almış, Kremlin təşəbbüsləri üçün lobbiçilik etmiş və hətta öz hökumətlərini məhkəməyə vermişdi”.
İstintaqın məlumatına görə, “The Insider” və “Spiegel” Sergienkonun “sındırılmış” yazışmalarını araşdırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Sergienko Almaniyada yaşayır və bu ölkənin vətəndaşlığına, eləcə də istintaqa görə Rusiya vətəndaşlığına malikdir.
Moskvanın “Almaniya üçün Alternativ”i Rusiyadan şəxsən nağd pul daşıyan Sergienko və ya onun nəzarətində olan qeyri-kommersiya təşkilatı vasitəsilə maliyyələşdirdiyi iddia edilir.
Qeyd edək ki, Rusiya hakimiyyəti, Berlinin Ukraynaya hərbi yardımını dayandırmaq üçün alman deputatların məhkəməyə verilməsinə sponsorluq edib. Sergienkonun Aleksey adlı hansısa bir kuratorla yazışması bunu təsdiqləyir.
Onu da qeyd edək ki, burada söhbət balaca yox, böyük pullardan gedir.
Əgər “Almaniya üçün Alternativ”in fəaliyyətinin Rusiya tərəfindən maliyyələşdirilməsi sübuta yetirilərsə, bu halda bu partiyadan olan bir neçə Bundestaq deputatı cinayət məsuliyyətinə cəlb oluna bilər.
Maraqlıdır ki, “Almaniya üçün Alternativ”in özü hələlik yazılanlara münasibət bildirməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB