Qərbin sanksiyaları Rusiya iqtisadiyyatının inkişafı üçün maneəyə çevrilməyib. Əksinə, bu göstəriciyə görə Rusiya Federasiyası Almaniyanı və dünyanın digər güclü iqtisadiyyatlarını qabaqlayır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS yazır. Beləliklə, nəşrin məlumatına görə, Rusiya iqtisadiyyatı Böyük Britaniya və Almaniyanı qabaqlayaraq ilk beş qlobal iqtisadiyyata daxil olub.
İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikovun sözlərinə görə, Rusiya iqtisadiyyatı Rusiyaya qarşı sanksiyaların yaratdığı çətinlikləri aradan qaldırmağa kömək edən güclü mexanizmlərə əsaslanır.
“...Bizim qarşımıza sədd qoymaq cəhdləri uğursuzluğa məhkumdur, çünki biz təcrid oluna bilməyəcək qədər böyükyük, bu, artıq hamıya aydındır”.
Rusiyalı nazir Maksim Reşetnikov bildirib bunu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB